Cəmiyyət
09 yanvar 2023
9
Vasif Talıbov bu vəzifəsini də itirdi - Foto

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov daha bir vəzifəsini itirib.
Milliinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. Bu barədə hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib. Bundan əvvəl orada Vasif Talıbovun adı qeyd olunmuşdu.
Güman ki, Vasif Talıbovun sədr postunu itirməsi ilə bağlı yaxın günlərdə YAP-ın rəsmi açıqlaması yayılacaq.
Məlumat üçün deyək ki, YAP-ın Naxçıvan MR təşkilatı 1995-ci ildə təsis edilib. Vasif Talıbov həmin ildən təşkilata sədrlik edirdi.
.png)

Daha çox xəbər:

Vasif Talıbov İSTEFA VERDİ
Gündəm / Cəmiyyət
Vasif Talıbovun prokuror qardaşı İŞDƏN ÇIXDI - FOTO
Gündəm / Cəmiyyət
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Mədəniyyət
Multimedia Vasif Talıbov yaralı hərbçilərlə görüşüb
Gündəm
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
İqtisadiyyat