Cəmiyyət / Hadisə
23 aprel 2020
42
Azərbaycanlı gənc ABŞ-da dəm qazından zəhərlənərək öldü
Milliinfo.az

ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlı gənc Seymur Hüseynov dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Bu barədə "Report"un xüsusi müxbirinə Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova məlumat verib.
O, Seymur Hüseynovun ölümünün Azərbaycan icmasına ağır itki olduğunu bildirib: "Həmyerlimiz avtomobildə yuxuya gedərək dəm qazından zəhərlənib. Hazırda mərhumun nəşinin Vətənə, ailəsinə göndərmək üçün “GoFundMe” yardım fondundan dəstək gözləyirik. 2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərmək üçün qurulan bu fonda soydaşlarımızın köməyi ilə mütəmadi olaraq xeyli pul toplanır. Yığılan maddi vəsaitlə həm cənazəni yola salacağıq, həm də mərhumun ailəsinə yardım edəcəyik”.

Daha çox xəbər:

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişdi
Dünya
Rusiyada yaşayan gənc Azərbaycanlı faciəli şəkildə dünyasını dəyişdi
Cəmiyyət / Hadisə / Foto
400-ə yaxın cücə bir gecədə tələf oldu
Hadisə
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
İqtisadiyyat
QƏHRƏMANI TANİYAQ!!
Gündəm