Cəmiyyət / Gündəm
30 may 2023
0
Rüfət Quliyev bu vəzifəsindən azad edildi

Deputat Rüfət Quliyev Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifədən azad edilib.
Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev idi.

Daha çox xəbər:

Cavanşir Feyziyev vəzifəsindən azad olundu
Gündəm / Cəmiyyət
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI
Gündəm / Cəmiyyət
Deputatlar sabah 16 məsələyə görə toplaşacaq
Gündəm / Siyasət
Ramin Məmmədov kimdir? - Dosye
Gündəm / Siyasət
Milli Məclis toplaşır - Gündəlikdə 28 məsələ var
Gündəm / Siyasət