Cəmiyyət / Sosial
30 aprel 2020
107
Daha 100 min nəfər üçün birdəfəlik ödəniş köçürüldü
Milliinfo.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) aidiyyəti üzrə bank və poçt filallarına köçürüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, vəsaiti köçürülən şəxslərə bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndərilir.
Onlara mesaj gəldikdən sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəməni ala bilərlər.
Aprelin 9-dan birdəfə ödənişlərin verilməsinə başlanıb. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb. Hazırda ödənilən maliyyənin ümumi məbləği 95 milyon manatdır.

Daha çox xəbər:
200 min nəfərə də birdəfəlik ödəniş ediləcək
İqtisadiyyat / SosialMilliinfo.az Azərbaycanda 20 min şəxsə birdəfəlik ödəniş edilməsindən imtina olundu
Gündəm / İqtisadiyyat / Cəmiyyət / SosialGələn aydan 190 manatı belə alacaqsız – Ödəmə qaydası dəyişir
İqtisadiyyat / SosialBu şəxslərə 1000 manat veriləcək - SƏRƏNCAM
İqtisadiyyat31 mindən yuxarı vətəndaş problemli kreditlərlə bağlı kompensasiyasını alıb
Cəmiyyət