Cəmiyyət
09 avqust 2023
1
Günün qoroskopu: Ciddi maliyyə itkiləri istisna deyil
Qoç - baş verənlərə nikbin yanaşın. Başladığınız işləri uğurla başa vura bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırın. Yeni dostlar, həmfikirlər və hamilər tapa bilərsiniz. Romantik əyləncələr, maraqlar da istisna deyil.
Günün ikinci yarısı yaşamınızda köklü dəyişikliklər üçün münasib zamandır.
Yeniliklərin tətbiq olunacağı sahəni seçin. Məqsəd və hədəfləri müəyyənləşdirin. Sizə maraqlı gələn planda konkretləşməyə ehtiyac varsa, bu prosesi təxirə salmayın.
Buğa - başladığınız işlərdə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. Müstəqil çalışın, məsləhətlər və göstərişlər çərçivəsində vurnuxan insana çevrilməyin. Sizə yardım və dəstək vəd etmiş insanlar indi yalnız özlərini düşünürlər. Yaxın gələcəklə bağlı planlara əhəmiyyətli dəyişikliklərə hazır olun.
Günün ikinci yarısında alacağınız informasiya növbəti planlardan birini puç edə bilər.
Ailədə fikir ayrılıqları, müxtəlif nəsillərin mənsubları arasında ixtilaflar olacaq.
Planlaşdırılmamış alış-veriş etməyin. Pulunuzu ehtiyatla, ağılla xərcləyin.
Əkizlər - emosional fonu pis, mürəkkəb və problemlərlə zəngin gün olacaq. Qarışıq hisslər, laübəli fikirlər zamanıdır. İndiyədək asanlıqla başa düşdüyünüz insanların nə istədiklərini başa düşmək çətindir. Rəqiblər planlarınızdan xəbər tutublar. Onlar sizə mane olmaq, niyyətlərinizi puç etmək üçün əllərindən gələni edirlər.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Neqativ fikirlər sizi əsir etməsin. Səhhətinizə fikir verin.
Zökəm və yoluxucu xəstəlik istisna deyil. İmmunitet səviyyəsi aşağı düşüb.
Xərçəng - maraqlı, uğurlu, məhsuldar gündür. Ən müxtəlif məsələləri çözə bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək. Yeni başlanacaq əməkdaşlıq və tərəfdaşlıq maraqlı tərəflərin hamısı üçün sərfəlidir. Sənədlər imzalamaq, uzunmüddətli əməkdaşlığı rəsmiləşdirmək olar.
Günün ikinci yarısında köhnə dostlar və tanışlardan xoş xəbər alacaqsınız. Əvvəllər kəsilmiş münasibətlərin bərpası, uzun müddətdən bəri dil tapa bilmədiyiniz insanlarla dil tapılması mümkündür.
Maraqlı tanışlıqlar və emosional, romantik tanışlıq zamanıdır.
Şir - ətrafınızdakı şəxslərin bacarmadıqları və öhdəsindən gələ bilmədikləri işləri uğurla nəticələndirə biləcəksiniz. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Qarşınızda yeni üfüqlər açılır. Yeni bilik, bacarıq əxz etmək, fəaliyyət sahəsini genişləndirmək şansları yaranır.
Günün ikinci yarısında uğurlu alış-veriş, sərfəli sərmayə baş tuta bilər. Maliyyə problemləri yaranmayacaq. Şəxsi münasibətlərdə irəliləyişlər yaşanacaq. Yeni romantik təmaslar az sonra ciddi məzmun kəsb edəcək. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq. İfrat yorğunluq hiss etməyəcəksiniz.
Qız - sakit, hadisələrin öz məcrasında cərəyan etdiyi gündür. Problemlər də olacaq, amma onların öhdəsindən tezliklə gələ biləcəksiniz. Uğura və irəliləyişə olan inamınızı itirməyin. Rəqibləri üstələmək şansınız var. Fikrinə və mövqeyinə önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Günün ikinci yarısında yaşanan situasiyanı tələsmədən, soyuqqanlı şəkildə təhlil edin. Səhhətinizə fikir verin. Xroniki ağrıların profilaktikasını unutmayın. Alış-verişdə bahalı əşya ala bilərsiniz.
Tərəzi - günün ilk yarısı əlverişli zamandır. Başladığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş xəbərlər, dəyər verdiyiniz insanla görüş istisna deyil. Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Özünüzü narahat hiss edəcəksiniz. Bədbin fikirlərin əsiri olmayın.
Günün ikinci yarısında çətinliklər və problemlər artır.
Yaxınlarınızla fikir ayrılıqları, ixtilaflar və anlaşılmazlıqlar yaranacaq. Dediklərinizin eşidilmədiyini, anlaşılmadığınızı düşünəcəksiniz. Korrekt və diplomatik davranın. Bütün səylərə rəğmən mübahisələrdən yan qaçmaq mümkün deyil.
Axşam saatlarında aktiv çalışın.
Əqrəb - gərgin, əsla rəvan olmayan gündür. Çətin qərarlar qəbul etmək üçün münasib zaman deyil. Yaxın ətrafınızdakı insanların təqdir etməyəcəkləri addımları atmayın. Peşəkar fəaliyyət müstəvisində uğursuzluq ola bilər. İşdə həmkarlarla fikir ayrılığı, rəhbərliklə ciddi münaqişə istisna deyil.
Günün ikici yarısında uzun səfərlər və nəzərdə tutulmamış səyahət məsləhət deyil. Yolda tez yorulacaqsınız, əhvalınız korlanacaq. Yeni təəssüratlar sizi sevindirməyəcək.
Qarderobu yeniləmək, qeyri-adi və parlaq əşyalar almaq olar.
Aldığınız nəsnələr sizi sevindirəcək.
Oxatan - çoxdan bəri reallaşdırmaq istədiyiniz planların həyata keçirilməsi üçün əlverişli zamandır. Yeni işə və ya layihəyə başlamağa tələsməyin. Yalnız sınanmış, etibarlı müttəfiqlərin yardımlarına bel bağlayın. Yaxşı tanımadığınız insanlara dəstək üçün müraciət etməyin.
Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.
Günün ikinci yarısında önəmli xəbərlərin alınması istisna deyil. Uzunmüddətli planlarda dəyişikliklər ola bilər. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda maraqlı tanışlıq ola bilər. Lakin bu tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.
Oğlaq - yetərincə maraqlı gündür. Yeni imkanlar yaranır. Situasiya sizi daha aktiv çalışmağa vadar edir. Enerjili işlərə özünüzü hazır bilməsəniz də, bu zəruridir. Qətiyyətli olun, iradəli davranın. Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Onların şəxsi həyatınıza kobud müdaxilə etmələrinə imkan verməyin.
Ailəvi müzakirələr və ümumi planlarla bağlı məsləhətləşmələri bir qədər təxirə salın.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda soyuqqanlı, eyni zamanda qayğıkeş olun. Sərt tənqidi mövqe tutmayın. Dəyər verdiyiniz insanlar sizdən tənqid və irad yox, dəstək gözləyirlər.
Situasiyanı tələsmədən, soyuqqanlı şəkildə təhlil etmək istəyiniz, gerçəkləri deməyiniz eqoizm sayıla bilər.
Dolça - planlarınızı və ideyalarınızı həyata keçirməyə tələsməyin. Onların reallaşdırılması üçün az sonra daha əlverişli zaman olacaq. Peşəkar fəaliyyət müstəvisində mövqelərinizi daha möhkəm və səbatlı edə bilərsiniz. Amma vicdanınızla kompromisə getməyin.
Ciddi maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısı dəyər verdiyiniz insanlarla ünsiyyət, ailəvi tədbirlər üçün əlverişlidir. Dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Şəxsi münasibətlərdə son vaxtlar sizi narahat edən problemləri həll edə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - əsla risk etməyin. Sınanmış metodlara üstünlük verin, etibarlı yollarla hərəkət edin. Fəaliyyət üçün vasitələri seçəndə diqqətli olun. Xoşagəlməz sürpriz, sizin üçün önəmli insanlarla münaqişə istisna deyil.
Narahat olmayın, vəziyyət bir müddət sonra stabilləşə bilər. Bunun üçün səy göstərməlisiniz.
Günün ikinci yarısında romantik görüş istisna deyil. Hər şey istədiyiniz kimi olmayacaq. Gözləntiləriniz sizi aldada bilər. Yeni tanışlıqlardan yaxşı heç nə gözləməyin. Belə təmaslar yaxşı heç nə vəd etmir.
Ailəvi tədbirlər üçün əlverişli gündür.
Milli.Az
Daha çox xəbər:
Günün ULDUZ FALI: sizi tora salmaq üçün dəridən-qabıqdan çıxırlar
Gündəm / SosialGünün qoroskopu: Çox orijinal, ekstravaqant əşyaşar almayın.
Gündəm / SosialGünün qoroskopu: Maraqlı tanışlıqlar istisna deyil
Gündəm / CəmiyyətGünün qoroskopu: Yeni maraqlar formalaşacaq
CəmiyyətGünün qoroskopu: yaşam sizə asan gəlməsin və onu çətinləşdirməyə çalışmayın
Cəmiyyət