Cəmiyyət / Sosial
04 may 2020
37
“Yaşıl ASAN” proqramı xüsusi karantin rejimi dövründə fəaliyyətini onlayn şəkildə davam etdirir
Milliinfo.az
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 5 il əvvəl ASAN könüllülük hərəkatında ekoloji təşəbbüsün təsis edilməsi üçün bir addım atdı. “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən könüllülərə, yaradıcı gənclərə hər zaman dəstək göstərir və onların şəxsi inkişafı üçün şərait yaradır. Bu imkanlardan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ekoloji sahədəki fəaliyyətindən həvəslənən bir qrup ASAN könüllüsü 2015-ci il mayın 1-də “Yaşıl ASAN” təşəbbüsünün yaradılması ideyasını irəli sürdülər. İlkin olaraq fəaliyyəti kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq idi.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və IDEA İctimai Birliyinin birgə həyata keçirdiyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsində “Yaşıl ASAN” təşəbbüsü də aktiv iştirak edib. Bakı şəhərində və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin istifadəyə yararsız kağızların qəbul məntəqələri yaradılıb və Bakı, Bərdə, Sumqayıt, Sabirabad şəhərlərində keçirilən “Yaşıl Dağ” aksiyası çərçivəsində 200 tona yaxın kağız tullantısı toplanıb və bununla da 3400 ağacın kəsilməsinin qarşısı alınıb.
2015-ci ildən başlayaraq “Yaşıl ASAN” təşəbbüsü Beynəlxalq Sahilyanı Təmizlik Gününün qeyd olunması çərçivəsində Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsi aksiyasına başlayıb və hər il bu aksiyada yüzlərlə ASAN könüllüsü aktiv iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin İnsan resursları və təlim şöbəsinin könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi Səkinə Həsənova “Yaşıl ASAN” proqramının 5 il ərzində keçdiyi yol haqqında məlumat verərkən deyib.
“2016-cı ildən başlayaraq Bakı şəhərində və “ASAN xidmət” mərkəzlərinin olduğu regionlarda ekoloji müvəkkillər institutu yaradılıb, çoxsaylı layihə və tədbirlər keçirilib. Bunun nəticəsi olaraq həmin təşəbbüs bu gün “ASAN Könüllülük” Məktəbinin ekoloji proqramına çevrilib. Proqramın üç əsas məqsədi var. Bunlar ekoloji maarifləndirmə, ətraf mühitin mühafizəsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır. Bu illər ərzində “Yaşıl ASAN” komandası böyüyür və yüzlərlə gənci əhatə edir. Aktiv komanda üzvlərində təşkilatçılıq bacarıqları inkişaf edir, ən əsası da dostluq, birlik və komanda uğuru prinsiplərinə uyğun fəaliyyət göstərir. Bunun nəticəsində ekoloji və müxtəlif sahələrin sintezi ilə 300-dən çox yaşıl təfəkkürün məktəblilərdə və vətəndaşlarda formalaşması üçün ekoloji maarifləndirici tədbirlər, ağacəkmə aksiyaları, veloyürüşlər, yoqa və digər idman fəaliyyətləri həyata keçirilib, ümumilikdə, bu layihələrdən on minlərlə insan faydalanıb.
Bir sıra uğurlu layihələri də qeyd etmək istərdim. Bunlar “Sahibsiz heyvanlara qayğı göstərək!” aksiyası, məqsədi ətraf mühitə ən az zərər verəcək şəkildə binaların inşa edilməsi olan “Eko-memarlıq” layihəsi, işğal altında olan Dağlıq Qarabağ torpaqlarının ekoloji problemləri ilə gənclərin tanışlığını hədəfləyən “Dağlıq Qarabağa Doğru” ekoloji layihəsi, Füzuli rayonunun Horadiz şəhərində məktəblilərlə görüş və ağacəkmə aksiyası, minlərlə vətəndaşın qoşulduğu o cümlədən piknik mədəniyyətinin formalaşmasını təbliğ edən Bakı Piknik Festivalı və digər layihələrin adını çəkmək olar”, - deyə S.Həsənova diqqətə çatdırıb.
Onun sözlərinə görə, proqramın əsas hədəflərindən biri ekoloji layihələrin idarəedilməsi sahəsində könüllülərdə ilkin bacarıqların formalaşdırmaqdır. Eyni zamanda, ekologiya ilə mədəniyyət, memarlıq və iqtisadiyyatyönümlü layihələrin irəli sürülməsidir. Belə layihələrdən biri “Yaşıl İncəsənət” layihəsidir ki, gənc rəssamlar tərəfindən sevilir və mütəmadi olaraq gənclər əl işlərini sərgi müsabiqəsi üçün hazırlayırlar. Layihənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələrinə, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir. Rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra 3 ən yaxşı müəllif rəssam xüsusi diplom və pul mükafatları ilə təltif olunur.
Agentliyin nümayəndəsi qeyd edib ki, 2017-ci ildən başlayaraq ilk dəfə Azərbaycanda ekoloji könüllülük fəaliyyətinə “ASAN könüllülük” məktəbinin “Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində əcnəbi gənclər də cəlb olunurlar. 2017-2019-ci illər ərzində Proqramda Böyük Britaniya, Serbiya, Niderland, Pakistan, Çin, Hindistandan, Qazaxıstan, Türkiyə, Əlcəzair, Tailand, Honkonq, Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan və Gürcüstan kimi ölkələrdən əcnəbi gənclər iştirak edib. Ümumilikdə, bu illər ərzində 34 əcnəbi gənc ASAN könüllüsü adını qazanıb.
O, həmçinin deyib: “Hər il dünyada milyonlarla insan bir araya gələrək hamının diqqətinin iqlim dəyişikliyi probleminə yönəldilməsi məqsədilə bir saatlıq işıqları və digər həyat üçün vacib olmayan elektrik qurğularını söndürməyə çağıran “Yer Saatı” aksiyasına qoşulur. İlk dəfə proqram 2015-ci ildə bu aksiyaya qoşulub. Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edir. Bu il ölkəmizdə xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, Azərbaycan üzrə
Beynəlxalq “Yer saatı” kampaniyasının rəsmi koordinatoru olan IDEA İctimai Birliyi tərəfindən bu günün qeyd olunmasına dair çağırış olunub. Bu çağırışa dəstək verərək “Yaşıl ASAN” ekoloji proqramı aksiyaya qoşulub və 200-dən çox ASAN könüllüsü evdə işıqları bir saat söndürməklə çağırışa qoşulub. Bu da könüllü fəaliyyətinin ölkəmizdə yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib.
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan edib. Bu, könüllülərə və könüllü təşkilatlara verilən böyük qiymət və dəyərdir. Bu il məsuliyyətli ildir və biz keçən illərdən daha çox çalışmalıyıq. “Könüllülər ili”ndə ölkəmiz üçün faydalı və gənclərin inkişafına töhfə verəcək uğurlu layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışına sadiq olaraq “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramının Bakı şəhərində və regionlarda yaşayan könüllüləri xüsusi karantin rejiminin başladığı gündən sosial şəbəkələrdə “#EVDƏQALTƏBİƏTİQORU” haştaqı ilə 100-dən çox maarifləndirici postlar paylaşıb. Sahibsiz heyvanlara qayğı göstərmək məqsədilə vətəndaşların yaşadıqları bina və evlərin qarşısında bir ovuc yem və su qabları yerləşdirməyə çağırıb. Həmçinin könüllülər tərəfindən evdə tullantı materiallardan istifadə edərək sanitayzerlərin hazırlanması ilə bağlı maraqlı videoroliklər çəkilib paylaşılıb. Mütəmadi olaraq onlayn maarifləndirici görüşlər keçirilir. Xüsusi karantin rejimi elan edildikdən sonra müxtəlif sosial şəbəkələr üzərindən və videogörüşlər vasitəsilə 59 ekoloji maarifləndirici tədbir keçirilib və 694 nəfər birbaşa maariflənib”.

Daha çox xəbər:
“ASAN Xidmət”ə yeni səlahiyyətlər verildi
İqtisadiyyat“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Cəmiyyət / SosialSərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı
Gündəm / Cəmiyyət / SosialBank Respublika və AKİA fermerlərə daha sürətli və asan şərtlərlə kreditlərlər təqdim edəcək
İqtisadiyyatKarantin dövründə ən çox uşaq bu rayonda doğulub - RƏSMİ
Gündəm