Cəmiyyət
23 noyabr 2023
1
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin mövqeyi hiddət doğurmaya bilməz - Qht sədri
Son zamanlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanla bağlı mövqeyi mütərəqqi vətəndaş cəmiyyətində qəti etiraz və hiddət doğurmaya bilməz.
Dünyaya ağalıq etmək niyyətindən əl çəkmək istəməyən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün pərdə rolunu həvəslə oynayan USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlmiş proqramları icra etməklə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, qlobal miqyasda demokratik dəyişikliklərə və humanitar yardıma dəstək göstərmək əvəzinə dövlətlərin daxili işlərinə qarışmaqla, siyasi proseslərə müdaxilə etməklə, hakimiyyət çevrilişlərinə zəmin yaratmaqla məşğuldur.
Bu qurumun Azərbaycana qarşı çirkin əməlləri hər birimizə məlumdur.
Vaxtilə ölkəmizdə “NİDA”, “Dalğa” kimi təşkilatları maliyyələşdirən, Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyalar təşkil etdirməkdən çəkinməyən, bir sıra təşkilatları şirnikləndirərək müəyyən məlumatlar əldə etmək üçün regionlarda müxtəlif layihələr həyata keçirməyə çalışan, ölkəmizin ərazi bütövlüyünə və dövlətimizin suverenliyinə qarşı qərəzli və sərsəm açıqlamalar yayan, haqq və ədalətin bərpası uğrunda savaşı “etnik təmizləmə” kimi qələmə verən USAID bu gün də “yırtıq pərdə” rolunu oynamaqdadır. Amma düşünmür ki, üzülmüş pərdə arxasında gizlənib onu idarə edənlərin iyrənc simaları artıq hər bir kəsə bəllidir.
Bu bədnam qurumun məkrli planları dövlətimizin xüsusi xidmət orqanları tərəfindən zamanında ifşa edilmiş, arzu və istəklərinin reallaşmasına imkan verilməmişdir.
Etibar Məmmədov
Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri
Daha çox xəbər:
ABŞ-nin İrana hərbi müdaxiləsi yaxınlaşır - TƏHLİL
Gündəm / SiyasətAnti-Azərbaycan qüvvələrin apardığı qarayaxma kampaniyaları Azərbaycanın nüfuzuna xələl gətirə bilməz - Rauf Əliyev
SiyasətSamanta Pauer buna cəsarət etməyib - Hacıyev
Gündəm / CəmiyyətBayden Belarusa qarşı sanksiyaları genişləndirən sənəd imzaladı
DünyaRəsmi Bakıdan Fransa, ABŞ və Avropa İttifaqına cavab
Gündəm / Siyasət