Cəmiyyət
28 dekabr 2023
2
QHT sədri valideynləri ehtiyatlı olmağa çağırdı
“Gənclərin Anti-Narkomaniya“ ictimai birliyinin sədri Büllur Məmmədova bayram günlərində müxtəlif şənlik tədbirlərinə qatılan yeniyetmələrin xüsusi risk zonasında olduğunu bildirib. Bu səbəbdən valideynlərə səslənən ictimai birliyin sədri bunları deyib: “Əziz valideynlər! Bayram günlərində övladlarınızdan ehtiyatlı olun. Əsasən də “PARTY” adı altında keçirilən məclislər zamanı nəzarətinizi əsirgəməyin. Təcrübə göstərir ki, narkotikə qurşanan gənclər ilk istifadə ilə bağlı təklifi ilk dəfə məhz həmyaşıdları arasında keçirilən yığıncaqlar zamanı alır və ilk istifadə də məhz həmin vaxt baş verir. Bəzən, ilk istifadənin mahiyyətini, bunun törədəcəyi fəsadları anlamayan gənclər olur. Buna görə valideynlər belə özəl günlərdə daha çox övladlarına diqqət yetirməlidir”, – deyə QHT sədri bildirib.
Daha çox xəbər:
Komitə sədri valideynlərə müraciət etdi: "Məsuliyyətli olun!"
SiyasətPrezidentin köməkçisi beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşdü - FOTO
Gündəm / SiyasətAzərbaycanda QHT sədri vəfat edib
Gündəm / CəmiyyətTanınmış QHT sədri koronavirusdan vəfat edib
Gündəm / Cəmiyyət“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” sosial çarxının hazırlanması və maarifləndirmə tədbirlərinin təşkili layihəsinə start verdi
Gündəm / Cəmiyyət