Cəmiyyət
19 iyun 2020
29

Sərtləşdirilmiş karantin günlərində hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına nəzarəti DİN həyata keçirəcək

Milliinfo.az

Sərtləşdirilmiş karantin günlərində hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına nəzarəti DİN həyata keçirəcək



 Sərtləşdirilmiş karantin günlərində hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına nəzarəti DİN həyata keçirəcək


Bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin günlərində müəyyən edilən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

AZƏRTAC xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı Qərarda əksini tapıb.

Qərarın 1.5.3-cü (yaxın qohumunun dəfnində iştirakla əlaqədar) yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır. Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.