Cəmiyyət / Sosial
27 iyun 2020
33

İyul ayında müəyyən qaydalara əməl etməklə toylara icazə verilir? - AÇIQLAMA

Milliinfo.az

İyul ayında müəyyən qaydalara əməl etməklə toylara icazə verilir? - AÇIQLAMA



İyul ayında müəyyən qaydalara əməl etməklə toylara icazə verilir? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi Azərbaycanda pandemiyaya görə elan olunmuş karantin rejimi avqustun 1-ə kimi uzadılıb. Eləcə də toyların keçirilməsinə qoyulan qadağa da avqustun 1-nə kimi qüvvədədir. Qeyd edək ki, iyulun 1-dən Türkiyədə müəyyən qaydalara əməl etməklə toyların keçiilməsinə icazə verilib. Azərbaycanda da müəyyən qaydalara əməl etməklə iyulun 5-dən sonra toyların keçiilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, koronovirusa yoluxanların sayının gündən günə artdığı zamanda toy şənliklərinin və yaxud digər kütləvi tədbirlərin keçirilməsini düzgün addım hesab etmir:

"Cəmiyyətdə baş verənlər və bir çox vətəndaşlarımızın hələ də pandemiyanın ağır fəsadları barədə məlumatsızlığı, laqeyd münasibəti, karantin rejiminin yumşaldılması üçün əsas vermir. Respublika Prezidenti cənab İlham Əliyevin və 1-ci vitse-Prezident Mehriban xanım Əliyevanın qərb bölgəsinə səfəri zamanı ölkə Başçısı pandemiya ilə əlaqədar görülən işlərlə yanaşı, olduqca aydın şəkildə görüləcək tədbirlər barədə də fikirlərini səsləndirdi. Əgər virusa yoluxanların sayında artım müşahidə olunacaqsa, sərtləşdirmə tədbirlərinin görülməsi qaçılmaz olacaq. Çox yaxşı olar ki, vətəndaşlarımız sosial məsuliyyətlərini artırsınlar, özlərinin və yaxınlarının həyatını qorumaqla, dövləti də əlavə yükləmələrdən qorusunlar.Toy məsələsinə gəldikdə isə, vacib deyil ki, 500-600 nəfərlik tədbirlər təşkil edəsən. Xoşbəxtlik onunla ölçülmür. Düşünürəm ki, bir-birini sevən gənclər toy şənliklərinə görə xoşbəxtliklərindən vaz keçməməlidirlər. Ailədaxili, sosial şərtləri qorumaqla evliliklərini rəsmiləşdirə bilərlər. Həyat normal məcraya düşəndən sonra toy şənliyi keçirmək də olar. Bu dünyada qəbul olunmuş praktikadır".