Cəmiyyət
16 iyul 2020
44
Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ
Milliinfo.az
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar SMS göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Qurumdan qeyd edilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Hörmətli vətəndaşlar, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyildir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır”.

Daha çox xəbər:

Azərbaycan Prezidentinin köməkçisi: "Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi taxirbatı kəskin şəkildə qınamağa çağırırıq"
Gündəm / Siyasət
DTX cəbhə xəttində yaranmış gərgin vəziyyətlə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ etdi
Gündəm / Cəmiyyət
Azərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
Cəmiyyət
Erməni ordusunun Qazax sakinlərinə vurduğu maddi zərərlə bağlı cinayət işinə başlanılıb - RƏSMİ
Siyasət
Sürücülər belə icazə alacaq - 8103-də YENİLİK
Cəmiyyət / Sosial