Cəmiyyət / Gündəm
08 oktyabr 2024
0
Nazir: Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur

Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır: "Bu, təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir. Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var".
Nazir bildirib ki, ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumu müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirib.

Daha çox xəbər:

Nazir adlı tələbə təqaüdlərinin sayının az olmasından gileyləndi
Gündəm / Siyasət
Baş nazirdən Təhsilin İnkişafı Fondu ilə bağlı QƏRAR
Gündəm / Siyasət
Vahid tələbə kartı yaradılır - İctimai nəqliyyatda endirimlər ola bilər
Gündəm / Cəmiyyət
Nazir: Elmin inkişafı üzrə dövlət proqramı üzərində işləyirik
Gündəm / Cəmiyyət
Özəl universitetlərdə oxuyan tələbələr də kredit götürə biləcək? - Nazir müavini AÇIQLADI
Gündəm / Cəmiyyət