Cəmiyyət / Sosial
01 avqust 2020
67
TƏBİB-in şöbə müdiri: "Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur"
Milliinfo.az
“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”.APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: “Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”.
Y. Qarayeva bildirib ki, çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir.
Yaqut Qarayeva qeyd edib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: “Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”.

Daha çox xəbər:

Koronovirusdan ölən şəxs necə dəfn edilməlidir?
Cəmiyyət / Sosial
"Məktəblərin açılması real görünmür"
Gündəm / Təhsil
Ötən gün Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclasında hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.
Siyasət
Türkiyə Prezidenti Ayasofyanın ibadətə açılması barədə qərarı imzalayıb
Siyasət
65 yaş məsələsi haqda mayın 11-dən sonra qərar veriləcək
Cəmiyyət