Cəmiyyət
08 yanvar 2020
28
Alimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər
Milliinfo.az
Botoks inyeksiyaları bədənin hansı nahiyəsinə vurulmasından asılı olmayaraq antidepressiv effektə malikdir.Bu barədə bir qrup amerikalı alimin "Scientific Reports” jurnalında dərc olunan məqaləsində bildirilib.
Araşdırmaçılar 40 000-dən çox pasiyentdə botoksun yan təsirlərini təhlil ediblər. Həmin şəxslərə inyeksiyanı həm kosmetoloji, həm də tibbi (əzələ spazmları üçün) məqsədlərlə vurublar.
Araşdırmanın bütün iştirakçıları üçün eyni həkim göstərişli, lakin fərqli müalicə alan nəzarət qrupunda toplanılıblar. Məqsəd və bədən yerindən asılı olmayaraq, botoks yeridilən insanlarda depressiya və ya depressiv əlamətlər 40-88% daha az qeydə alınıb.
"Araşdırmanın nəticələri insanın əhvalına təsir edən və depressiya ilə mübarizə aparan yeni müalicə metodunu dəstəkləyir. Özü də bu, məhdud sayda müşahidələrə deyil, kütləvi məlumatlara əsaslanır”, - alimlər bildiriblər

Daha çox xəbər:

Alimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər
Cəmiyyət
Alimlər koronavirusu üçün ən həssas insan hüceyrələrini təyin edib
Dünya / Səhiyyə
Evdə müalicə olunan koronavirus xəstələrinə XƏBƏRDARLIQ
Cəmiyyət / Sosial
Hansı qadınlar cavan qalır?- Alimlər açıqladı
Gündəm
Azərbaycanda yeni koronavirus infeksiyasına daha 39 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb
Cəmiyyət / Səhiyyə