Cəmiyyət
11 dekabr 2024
0
TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib
TƏBİB Ötən gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı açıqlama verib.
Qurumdan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.
Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə dünən rayonuun Xırmandalı kəndində baş verib. Kənd sakini, 2020-ci il təvəllüdlü N.Ə-nin qəfil halının pisləşməsini görən valideynləri uşağı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Daha çox xəbər:
Əməliyyatdan sonra vəfat edən məllimin ölüm səbəbi...
Gündəm / CəmiyyətMübariz İbrahimovun atası vəfat etdi
Gündəm / CəmiyyətŞəkidə 5 yaşlı qızdırmalı uşaq xəstəxanada öldü - Rəsmi
Gündəm / HadisəGöygöldə dəhşətli qəza: ölən və yaralananların kimliyi açıqlandı
Gündəm / CəmiyyətTƏBİB ana və körpə ölümü barədə məlumat yaydı
Hadisə