Cəmiyyət / Sosial
05 avqust 2020
32
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
Milliinfo.az
Daxili İşlər Nazirliyi Bakıdan rayona gedənlərlə bağlı daha bir məlumat yayıb.İstiPress-in məlumatına görə, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur:
"Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq.
Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir".

Daha çox xəbər:

DİN rayonlara getməyin qaydalarını açıqladı
Cəmiyyət / Sosial
Sərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı
Gündəm / Cəmiyyət / Sosial
Sərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır
Cəmiyyət
Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA
Cəmiyyət / Sosial
Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Sosial