Cəmiyyət / Sosial
10 avqust 2020
54
Bəzi sahələrin fəaliyyətinə bu gündən icazə verilib - SİYAHI
Milliinfo.az
COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilib.APA-nın məlumatına görə, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə aşağıda qeyd olunan sahələrin fəaliyyətinə bu gündən icazə verilib.
- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
- maşın və avadanlıqların istehsalı;
- elektrik avadanlıqlarının istehsalı;
- kompüter, elektron və optik məhsulların istehsalı;
- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
- sair nəqliyyat vasitələrinin istehsalı;
- poliqrafiya məhsullarının istehsalı;
- zərgərlik məmulatlarının istehsalı;
- musiqi alətləri, idman mallarının istehsalı;
- geyim istehsalı;
- toxuculuq sənayesi;
- ayaqqabıların istehsalı;
- dəri və dəri məmulatlarının istehsalı;
- tütün məmulatlarının istehsalı;
- sair sənaye məhsullarının istehsalı.
Daha çox xəbər:
Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
SosialSərt karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır
CəmiyyətSərt karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
GündəmSərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı
Gündəm / Cəmiyyət / SosialHəftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət / Sosial