Cəmiyyət
28 aprel 2019
74
Naxçıvanda təbiətə qayğı göstərilir
Ümummilli liderimiz Heydər Əliyev deyib: “İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, zənginləşir”.
Bu gün muxtar respublikamızda təbiətə qayğı əsas məsələlər sırasındadır. Həyata keçirilən ekoloji siyasətin məqsədi də təbiəti zənginləşdirməkdən ibarətdir. Hər il yeni yaşıllıq zolaqları və meyvə bağları salınır. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 27-də muxtar respublikada növbəti iməcilik keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və “Gəmiqaya” Holdinq Şirkətlər İttifaqının kollektivləri Uzunoba Su Anbarının kənarında terras üsulu ilə salınmış yaşıllıq zolağında keçirilən yaşıllaşdırma tədbirində 21 hektar meyvə bağının sahəsini genişləndirib, 2 hektar sahədə yeni tinglər əkiblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaşıllaşdırma tədbirində iştirak edib.
Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 21 mindən artıq sakin iştirak edib, 6000-ə yaxın ting əkilib, meyvə bağlarına qulluq göstərilib.
Daha çox xəbər:
Zərifə Əliyevanın doğum günüdür
Mədəniyyət / VideoİLHAM HEYDƏR OĞLU ƏLİYEV
SiyasətAnar Məmmədxansız keçən 8 il..
MədəniyyətÖLKƏ Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
MədəniyyətPrezidentdən vətəndaşı incidən məmurlara XƏBƏRDARLIQ
İqtisadiyyat