Cəmiyyət
22 dekabr 2020
45

Azərbaycanda idman federasiyaları antidopinqə görə 1 ilədək diskvalifikasiya edilə bilər - Yeni qaydalar

Azərbaycanda idman federasiyaları antidopinqə görə 1 ilədək diskvalifikasiya edilə bilər - Yeni qaydalar

Milliinfo.az

Antidopinq qayda pozuntusu törətmiş 6 idman növü üzrə 12 idmançının nəticələrinin ləğv edilməsi və medalların geri alınması barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) XeberOxu.Az-a verilən məlumata görə, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.

Onun sözlərinə görə, 2020-ci il ərzində idmançılardan ümumilikdə 1087 test nümunəsi götürülüb. Bunlardan 1012-i milli test proramı çərçivəsində, 75- i isə beynəlxalq sifariş əsasında olub:

"Pandemiya ilə əlaqədar test nümunələrinin götürülməsi karantin qaydalarnın tələblərin tam riayyət edilməklə həyata keçirilib. Dopinq nəzarəti inspektorları mütəmadi olaraq COVID-19 testlərinə cəlb edilib.

2020-ci il ərzində ümumilikdə 24 antidopinq qayda pozuntusu işi üzrə araşdırma aparılıb.

Həmin işlərin 11-i ilə bağlı artıq qərar qüvvəyə minib. 13 iş isə icraatdadır. Sözügedən 24 antidpoinq qayda pozuntusu ümumilikdə 11 idman növündə qeydə alınıb. Belə ki, boks idman növündə 4, ağır atletka, cüdo, taekvando və karate idman növlərində 3, velosiped və güləş idman növlərində 2, futbol, sambo, atletika, və paracüdo idman növlərinini hər birində isə 1 qayda pozuntusu qeydə alınıb".

AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, yeni antidopinq qaydaları hazırlanıb və 21 dekabr 2020-ci il tarixində təsdiq edilib. Burada bir sıra yeni anlayışlar var. Bundan əlavə yeni antidopinq qaydalarında AMADA, idman federasiyaları və idmançıların yeni öhdəliklər və vəzifələr əksini tapıb. Antdiponiq qaydalarına 3 yeni anlayış daxil edilib. Bunlar, milli səviyyəli idmançı, prioritet hesab edilən idman növləri, milli əhəmiyyətli yarış anlayışlarıdır. Bundan əlavə yeni test qrupu yaradılıb.

Yeni öhdəliklər isə federasiyalar və idmançılarla bağlıdır. Belə ki idmançılar idmanı tərk etmək, yaxud idmana qayıtmaq barədə qərar qəbul etdikdə bu barədə AMADA-nı rəsmi şəkildə məlumatlandırmalıdır. Fedrasiyalar isə üzvlükdən çıxarılan yaxud üzvlüyə qəbul edilən idmançılar, yarışlar və təlim məşq toplantılarının vaxtı ilə bağlı əvvəlcədən nəzərədə tutulan müddətdə AMADA-ya məlumat verməlidir. Bu öhədliyin pozulması isə sanksiya ilə nəticələnə bilər. Bundan əlavə törədilən antdopinq qaydalarına görə də federasiyalar diskvalifikasiya edilə bilər. Əgər 12 ay ərzində bir federasiyanın üzvləri tərəfindən milli səviyyədə 6-dan çox, yaxud beynəlxalq səviyyədə 3-dən çox antidopinq qayda pozuntusu törədilərsə həmin federasiya 1 ilədək diskvalifikasiya edilə bilər.