Cəmiyyət
15 iyul 2021
33
Yoluxanların sayı artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 791 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb.
Qeyd edək ki, dünənki statistikada son sutka ərzində 146 nəfərdə koronavirusa yoluxma aşkarlanmışdı.
Daha çox xəbər:
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI
Gündəm / SəhiyyəSON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda artdı
Gündəm / SəhiyyəAzərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 155 nəfər sağalıb, 2 nəfər vəfat edib
Gündəm / SosialYoluxanların bu günə olan statistikası
Gündəm / CəmiyyətAzərbaycanda yeni koronavirus infeksiyasına daha 39 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb
Cəmiyyət / Səhiyyə