Cəmiyyət
30 aprel 2019
62
Binəqədidə yollar bağlanacaq.

Bu gündən may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutlarin hərəkətində dəyişiklik edilərək:
- 2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutlar "Ekologiya" postunun yaxınlığından geriyə dönməklə, "Beynəlxalq Avtovağzal Kompleksi"nə təşkil ediləcəkdir.
- 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.
- 130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .

Daha çox xəbər:

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
Gündəm
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Gündəm
Bu gündən Bulvara giriş 5 günlük qadağan edildi.
Cəmiyyət
Bu yollarda istiqamət dəyişdi
Sosial
Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Hadisə