Cəmiyyət
09 avqust 2021
34
QMİ Məhərrəm ayının başlaması ilə bağlı vətəndaşlara müraciət edib
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib.
QMİ-dən verilən məlumata görə, müraciətdə deyilir:
“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri nəzərinizə çatdırır ki, Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.
Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutur. Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir”.
Daha çox xəbər:
Sabahdan Məhərrəm ayı başlayır
SosialDİN Aşura günü ilə bağlı əhaliyə xəbərdarlıq edib
Gündəm / CəmiyyətXaçmazda Aşura mərasimi keçirənlər saxlanıldı
Gündəm / HadisəRamazan ayının başlaması münasibətilə İranın səfiri Azərbaycan xalqını təbrik etdi
Cəmiyyət / MədəniyyətBu gecə Ramazan ayının Qədr gecəsidir
Cəmiyyət