Cəmiyyət
28 avqust 2021
39
Azərbaycandan Rusiyaya səyahət edənlərin nəzərinə: yeni qaydalar qüvvəyə minir
Cari ilin sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.
Bu barədə Unikal.org -a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır.
Tətbiq ödənişsizdir. «Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
- iPhone üçün: https://apps.apple.com/app/id1541206996
- Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US
- Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:
- Rusiya Federasiyasının vətəndaşları üçün;
- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.
- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.
Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.
Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia
Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaqdır. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaqdır. Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd keçid məntəqələrində təqdim etmək lazımdır. Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır. «Путешествую без COVID-19» tətbiqini hazırlayan mütəxəsislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaqdır. Tətbiqin necə işlədiyi ilə bağlı qısa məlumatla bu videoçarxda tanış ola bilərsiniz: https://youtu.be/w0MZmlmAJrg
Daha çox xəbər:
Bakı ilə Dubay arasında uçuşlar bu tarixdən bərpa olunacaq
Gündəm / Cəmiyyət / Dünya / SosialBu gündən Azərbaycanda yeni qadağa QÜVVƏYƏ MİNİR
Gündəm / CəmiyyətAzərbaycana uçuşlarla bağlı qaydalara dəyişiklik edildi - Qərar
Sosialİcazə xidməti ilə bağlı mühüm yenilik - Bu gündən qüvvəyə minir
Cəmiyyət / SosialRestoranlara giriş üçün COVID-19 pasportu TƏLƏB OLUNACAQ
Gündəm / Cəmiyyət