Cəmiyyət
02 may 2019
65
Bu il Azərbaycana daha çox ərəb gələcək

Azərbaycan nəqliyyat və ticarət əlaqələrinin güclənməsilə Körfəz ölkələrindən gələn turistlərin sayında 20 faiz artıma nail olmağı hədəfləyir.
Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid “The National” saytına müsahibəsində deyib.
F.Zenqstşmid bildirib ki, 2018-ci ildə Azərbaycana gələn ərəb turistlərin sayı 30 faiz artaraq 200 min nəfərə çatıb:
"Bu, ümumilikdə ölkəyə gələn 2,8 milyon turistin 8 faizi deməkdir. Ərəb körfəzi ölkələri Azərbaycana turist axınına görə Rusiya və Gürcüstandan sonra üçüncü yerdədir. Ərəb turistlərin sayının 2019-cu ildə daha da artacağı və 240 minə çatacağı təxmin edilir”.
Baş icraçı direktor qeyd edib ki, Körfəz ölkələri Azərbaycan üçün olduqca vacib bazardır. Güclü mədəni əlaqələr və birbaşa aviareyslər turist axınına əsas verir:
"Son iki ildə Körfəz ölkələrinin “Emirates”, “Etihad Airways”, “Flydubai” və “Air Arabia” kimi aviaşirkətləri Bakı və Qəbələyə birbaşa xəttlər açıb. Azərbaycan sürətlə böyüyən daşınmaz əmlak, istehsal və xidmət sənayelərinə investisiya yatıran potensial müştərilər də daxil olmaqla Körfəz ölkələrindən biznes turizmi də cəlb etməyi planlaşdırır".

Daha çox xəbər:

Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"
Siyasət
3 ayda Azərbaycan əhalisinin gəlirləri nə qədər olub?
İqtisadiyyat
Azərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?
Cəmiyyət
İlham Əliyev “Rossiya 24”ə müsahibə verdi – VİDEO
Siyasət
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.
Mədəniyyət