Cəmiyyət
28 fevral 2022
17
Minaaxtaranların əməkhaqları artırılsın - TƏKLİF
Azərbaycanda minaaxtaran vəzifəsində çalışanların əməkhaqlarının artırılmasını təklif olunur.
Bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Ombudsman təklif edir ki, “Minaaxtaran” vəzifəsində çalışan əməkdaşların işinin həssaslığını, təhlükəliliyini, çətinliyini və məsuliyyətliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində “minaaxtaran” vəzifəsində çalışan əməkdaşların əməkhaqları artırılsın.
Məruzədə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif edilir.
Eyni zamanda Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif olunub.
Daha çox xəbər:
Fərdi zirehli geyimlərin və minaaxtaran itlərin idxalının vergidən azad edilir
Gündəm / CəmiyyətNK Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik edib
Sosial / TəhsilMilli Məclis bu gün 10 məsələyə görə TOPLAŞIR
Gündəm / SiyasətOmbudsman analara yeni hüquq verilməsini istəyir
SiyasətƏmək pensiyalarının artırılması TƏKLİF EDİLİR - 2025-ci ilədək...
Sosial