Cəmiyyət
18 mart 2022
23

Ukraynada yaralanan azərbaycanlıdan XƏBƏR VAR

Ukraynada yaralanan azərbaycanlıdan XƏBƏR VAR


Ukraynanın Xarkov vilayətində güllə yarası almış Azərbaycan vətəndaşı, TIR sürücüsü Samir Tahirov Seydulla oğlu Moldovaya təxliyə olunub.

Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.

"Ukraynanın Xarkov vilayətində TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası aldığına görə Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlanılıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanıb və burada davam etdirilib", - konsulluqdan bildirilib.

Məlumata görə, fəxri konsulluğun Xarkov vilayət adminstrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün, və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhəddinə doğru təxliyyə edilib.

Qeyd edək ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.