Cəmiyyət
09 may 2019
67
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Azərbaycanda qadınların seçkili orqanlarda təmsil olunması üçün kvotanın tətbiqi təklif edilir. Bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb.
Layihədə mütləq kvotanın tətbiqi məsələsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Məclis tərəfindən 2021-ci ilədək nəzərdən keçirilməsi tövsiyə edilir.
Hesab olunur ki, Azərbaycanda müvəqqəti mütləq kvotanın tətbiqi yolu ilə qadınların Milli Məclisdə və aşağı səviyyəli seçkili orqanlarda daha böyük sayda təmsil olunmasına dəstəyin verilməsi məsələsini nəzərdən keçirmək lazımdır.
1990-cı ilədək seçki orqanlarının üzv yerinin minimum 33 faizinin qadınlara şamil edilməsini tələb edən kvota mövcud idi. 1989-cu ildə milli parlamentdə qadınların sayı parlamentin ümumi üzvlərinin 40 faizini təşkil edirdi. 1991-ci ildə parlamentdə qadınların sayı 4,3 faizə düşdü. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik faizi yenə də Avropa ölkələri ilə müqayisədə aşağıdır.
Azərbaycanda məcburi kvotaların tətbiq edilməsi BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün fomalarının ləğv ediməsi üzrə Komitəsi tərəfindən də tövsiyə edilib. Bu isə qadınları 1990-cı ildən əvvəl olduğu kimi ayrılmış minimal saydan daha çox yerlər üçün seçkiyə qatılmaqdan məhrum etmir
Daha çox xəbər:
Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF
GündəmHostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ
HadisəUşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
GündəmBu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
İqtisadiyyatAzərbaycanda yaşı 100-dən çox olanlar niyə "Ginnesin Rekordlar Kitabı"na düşmür?
Cəmiyyət