Cəmiyyət
09 may 2019
70
Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə ilə əlaqədar gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir
Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə ilə əlaqədar
gənclərin onlayn fəaliyyət kampaniyasına start verilir.
Kampaniya Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi həyata keçirir.
Kampaniyanın keçirilməsində məqsəd Şuşanın işğalı ilə bağlı faktlar və Şuşa barədə məlumatları müasir informasiya-kommunikasiya texnologiyalarından və rəqəmsal media alətlərindən istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq, gəncləri bu istiqamətdə səfərbər etməkdir.
Kampaniya çərçivəsində 6 dildə (azərbaycan, rus, ingilis, fransız, ispan və alman dillərində) 10 poster hazırlanıb. Paylaşımlar zamanı #Shusha və #Shusha27 həştəqlərindən istifadə olunaraq, sosial şəbəkələr vasitəsi ilə kütləvi çağırışlar ediləcək və işğal faktları dünya ictimaiyyətinə çatdırılacaqdır.
Bütün gənclər təşkilatlarının və onların fəallarının qoşulması vacibdir.
Daha çox xəbər: