Cəmiyyət
21 may 2022
2 115
May ayında “qeyri-standart” hava: Azərbaycanda 10 santimetrdən çox qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.
Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.
Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.
Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.
