Cəmiyyət
12 may 2019
104
Azərbaycanda mobil operatorların üzərinə yeni vəzifə qoyulur
Azərbaycanda mobil operator və provayderlərin üzərinə yeni vəzifə qoyulur.
Beş.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ "Telekommunikasiya haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) təklif edilən yeni bəndə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək vəzifəsi müəyyən edilir.
Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsin və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin.
Daha çox xəbər:
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
GündəmPrezident Xələf Xələfova yeni vəzifə verdi
SiyasətŞüşəni sındırıb noutbuk və 2 telefon oğurladı
Hadisə“ASAN Xidmət”ə yeni səlahiyyətlər verildi
İqtisadiyyatAzərbaycanda dəfn QAYDALARI DƏYİŞDİ - Prezident QANUNU TƏSDİQLƏDİ
Cəmiyyət