Cəmiyyət
14 may 2019
58
Instagram bu funkisyanı işə saldı
"Instagram" vaksinlərlə əlaqədar səhv məlumatlar yayan həştaqların silinəcəyi və qarşısının alınacağı ilə bağlı açıqlama verib.
Beş.az chip.az-a istinadən bildirir ki, bu gündən etibarən şirkət insanlara peyvəndlərlə bağlı yalnış məlumatlar yayan həştaqları aradan qaldıracaq. "Instagram"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Karina Nweton "Əgər həştaq #vaksin1234 yazılıbsa və məzmun olaraq yanlış məlumat yerləşdirilibsə həştaq tamamilə bağlanacaq"-deyə bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının vaksinlər haqqında yanlış məlumatlar olduğunu müəyyənləşdirən xüsusi qərarları var. Şirkət bu istiqamətdə insanların düzgün informasiya əldə etməsi üçün yeni həştaq silmə prosesinin həyata keçirilməsinə başlayıb. Belə ki, həştaqdakı məzmunda uyğun olmayan məlumat varsa həştaq bütövlükdə bloklanacaq. Şirkət eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının yanlış olaraq təyin etmədiyi məzmunların paylaşımına davam ediləcəyini vurğulayıb.
"Instagram" vaksin axtaranlara mesaj göndərmək funksiyasını aktivləşdirməyi planlaşdırır. Tezliklə bu yeniliyin tətbiq olunacağı bildirilir.
Daha çox xəbər:
Azərbaycanda "Instagram" çökdü
Gündəm“ASAN Xidmət”ə yeni səlahiyyətlər verildi
İqtisadiyyatSəhiyyə Nazirliyi 3 aylıq uşağın ölümü ilə bağlı açıqlama verdi
GündəmAzərbaycanda ilk dəfə smartfonlar üçün sənədli serial təqdim olundu - VİDEO
Sosial31 mindən yuxarı vətəndaş problemli kreditlərlə bağlı kompensasiyasını alıb
Cəmiyyət