Dünya
11 yanvar 2023
9
ATƏT-in sədri Azərbaycana səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda telefon danışığı olub.
Danışıqlar zamanı Cənubi Qafqazdakı və xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.
Osmani Laçın dəhlizi ətrafında vəziyyəti diqqətlə izlədiyini vurğulayıb. O, bütün tərəfləri gərginliyi azaltmağa, konstruktiv və səmərəli dialoqa başlamağa çağırıb.
ATƏT-in fəaliyyətdə olan sədri Osmani gərginliyin azaldılmasına kömək etmək və davamlı sülh istiqamətində səylərə töhfə vermək üçün şəxsi iştiraka hazır olduğunu bir daha bəyan edib. O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini də açıqlayıb.

Daha çox xəbər:

Azərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
Cəmiyyət
Ceyhun Bayramov Çavuşoğlu ilə GÖRÜŞDÜ
Gündəm / Siyasət
ATƏT-in sədri Kiyevə GETDİ
Gündəm / Dünya
Ceyhun Bayramov Blinken və Mirzoyanla görüşəcək
Gündəm / Siyasət
"Azərbaycan və Ermənistan arasındakı görüşü alqışlayırıq" - ATƏT
Gündəm / Siyasət