Dünya
29 aprel 2020
28

İtaliyada Formula 1 Qran-Prisinin təşkil olunacağına əmindirlər

Milliinfo.azİtaliyada Formula 1 Qran-Prisinin təşkil olunacağına əmindirlər

 İtaliyada Formula 1 Qran-Prisinin təşkil olunacağına əmindirlər


İtaliyanın “ACI” klubunun prezidenti Anjelo Stikki Damiani milli Qran-Prinin ləğvi barədə alman mətbuatında yaranan şayiəni təkzib edib.

AZƏRTAC xəbər verir ki, klub prezidenti deyib: “Mən təsəvvür edə bilmirəm ki, mərhələnin ləğvi barədə saxta xəbərlər haradan əmələ gəlir. Biz əminik ki, Formula 1 çempionatının İtaliya Qran-Prisi baş tutacaq. Yürüşlər bağlı qapılar arxasında da keçirilə bilər.

Biz sentyabrın əvvəlində vəziyyətin necə olacağından xəbərsizik. Ümidvarıq ki, o vaxtadək epidemiya başa çatacaq. Hələlik isə tamaşaçısız Qran-Priyə hazırlıq aparırıq.

Ehtimal ki, tamaşaçısız yürüşlər bizi əsas gəlir mənbəyimizdən məhrum edəcək. Biz bu məsələni “Liberty Media” ilə müzakirə edəcəyik.

Saat əqrəbinin əksi istiqamətinə yürüşlər? Xeyr. Monsada bütün baryerlər və yürüş zonaları müəyyən hərəkət istiqaməti üçün nəzərə alınıb”.