Dünya
29 aprel 2020
40

Sabahdan İsraildə karantin rejimi yumşaldılır

Milliinfo.az

Sabahdan İsraildə karantin rejimi yumşaldılır



Sabahdan İsraildə karantin rejimi yumşaldılırİsraildə koronavirusa yoluxanların sayı 15 782 nəfərə çatıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada ölkədə 193 yeni yoluxma, 4 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 212-yə çatıb, indiyədək 7 929 pasiyent sağalıb.

Məlumata görə, son günlər ağır xəstələrin sayında azalma müşayiət edilir.

Qeyd edilib ki, İsrailin müstəqillik günü münasibətilə karantin tədbirləri sərtləşdirilib. Sakinlərə aprelin 28-i saat 17:00-dan aprelin 29-u saat 20:00-dək yalnız dərman almaq məqsədilə evlərini tərk etməyə icazə verilir.

Eyni zamanda yaşayış yerindən 100 metr uzaqlıqdakı məsafəyədək gəzintiyə çıxmaq olar.

Aprelin 30-u saat 05:00-dan etibarən ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq və sabahdan karantin rejiminin yumşadılması qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Telegram
Bizim Telegram kanalımıza abunə olun
Paylaşmaq: