Dünya / Səhiyyə
01 may 2020
34

İndoneziyada koronavirusa yoluxanların sayı 10,5 mini ötdü

Milliin fo.az

İndoneziyada koronavirusa yoluxanların sayı 10,5 mini ötdü



İndoneziyada koronavirusa yoluxanların sayı 10,5 mini ötdüİndoneziyada ötən sutkada 433 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmisi açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış koronavirus hallarının sayı 10 551-ə çatıb.

Bundan başqa, ötən gün 8 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, ölkədə COVID-19-dan ölənlərin sayı 800-ə yüksəlib. Sağalanların sayı isə 1 591 nəfərdir.

Bildirilib ki, İndoneziyada indiyədək 76 500 nəfər koronavirus testindən keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 320 000-i ötüb. Bunların 1 048 936 nəfəri sağalıb, 234 283 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.