Dünya
13 sentyabr 2023
0
Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar

Yer üzündə uşaq əhalisinin təxminən 6-da birini təşkil edən 333 milyon uşaq həddindən artıq yoxsulluq şəraitində yaşayır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Yardım Fondu (UNİCEF) və Dünya Bankı birgə “Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar” adlı hesabat hazırlayıb.
Hesabatda gündə 2,15 ABŞ dolları limitinin altında yaşayan və ifrat yoxsulluqda olan uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər 13% azalaraq 383 milyondan 333 milyona düşdüyünə və bu rəqəmin hədəfdən çox olduğuna diqqət çəkilib.
Uşaq yoxsulluğunun ən böyük yükünü Saxara Afrika bölgəsi daşıyır. Dünyadakı həddindən artıq yoxsul uşaqların 40%-i bu bölgədədir. 2013-cü ildə 54,8% olan bu bölgədə uşaq yoxsulluğu nisbəti 2022-ci ildə 71,1%-ə yüksəlib.
UNİCEF və Dünya Bankı hökumətləri və təşkilatları uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələni prioritetləşdirməyə çağırıb.

Daha çox xəbər:

800 milyondan çox uşaq məktəblərdə əllərini yumur
Cəmiyyət / Təhsil
Valideyn himayəsindən məhrum olan uşaqların sayı AÇIQLANDI
Gündəm / Cəmiyyət
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / Siyasət
9 yaşlı uşaq anasını güllələdi - FOTO
Hadisə
MM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”
Gündəm / Cəmiyyət