Dünya
09 aprel 2024
0
Fransa Ermənistana elə hərbi texnika verir ki... - Səfir şok detalları AÇIQLADI
Fransa Ermənistana elə hərbi texnika verir ki, onu başqaları ala bilmir
Bunu Fransanın Ermənistandakı səfiri Olivier Dekotiqni özünün "X" hesabında yazıb.
Səfir "Politico" nəşrində dərc olunan Fransa radarları barədə məqaləni də paylaşıb. Məqalədə “Thales” şirkəti tərəfindən istehsal olunan və Ermənistana da tədarük ediləcək “Ground Master 200” və digər radarlar haqqındadır.
Məlumata görə, Fransa sözügedən radarların üçüncü Ermənistana, birini isə Moldovaya tədarük edəcək.
Nəşr yazır ki, Parisdən 50 kilometr cənubda, Limurda yerləşən və “Thales” şirkətinə məxsus olan zavod “Ground Master” adlanan və hava məkanının müşahidəsi üçün nəzərdə tutulan müasir avadanlıqların istehsalı ilə məşğuldur. Bildirilib ki, şirkətin ən böyük sifarişçisi Fransa dövlətidir.
Radarlar hava təhdidlərini aşkar etmək və reaktiv qırıcıları, raketləri və helikopterləri müəyyən etmək üçün nəzərdə tutulub. Sistem, həmçinin dronları quşlardan ayırmağa imkan verən yeni xüsusiyyətlərə malikdir.
Qiyməti 30 milyon avro civarında olan bu qurğu 250 kilometrdən 500 kilometrədək olan məsafədəki hədəfləri aşkarlaya bilir. Ondan bir sinif aşağı olan “GM-200” isə 350 kilometrədək məsafədə yerləşən obyektləri müəyyən edir. Şirkətin müştəriləri arasında Ukrayna, İndoneziya və Mərakeş də daxil olmaqla 40 dövlətin adı çəkilir.
Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə bir müddət əvvəl Ermənistana səfər edib. Səfər zamanı Ermənistan hərbçilərinin hava hücumundan müdafiə sahəsində hazırlığı, zirehli texnikakarın tədarükü müzakirə olunub.
"Le Figaro" qəzeti yazır ki, Ermənistana radarlarla yanaşı "Safran" şirkəti tərəfindən istehsal olunan gecəgörmə qurğuları və "Mistral" hava hücumundan müdafiə sistemləri tədarük ediləcək.
Daha çox xəbər:
"Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur" - Ceyhun Bayramov
Gündəm / İqtisadiyyatFransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul etdi
SiyasətAyxan Hacızadə: “Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdır”
Gündəm / Siyasət"Fransa Qarabağın müstəqilliyini tanımır" - Ermənistana ağır cavab
Gündəm / DünyaFransa Qarabağdan gedən erməni hərbçiləri təlim mərkəzinə toplayıb (FOTO)
Gündəm / Dünya