Dünya
01 iyul 2020
34

Qahirədə “Baron qalası” abidəsinin açılışı olub

Milliinfo.az

Qahirədə “Baron qalası” abidəsinin açılışı olub



Qahirədə “Baron qalası” abidəsinin açılışı olub


Misirin paytaxtı Qahirədə yerləşən "Baron qalası" abidəsi ictimaiyyət üçün açıq elan edilib. Hind kilsəsi üslubunda tikilən bu qeyri adi evin ilk ziyarətçiləri jurnalistlər olub.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, açılış mərasiminin onlayn rejimdə keçirilən videokonfransında Misir Prezidenti Əbdülfəttah əl-Sisi də iştirak edib.

Bildirilib ki, tikilinin açılışı hələ ötən il baş tutmalı idi. Ancaq 2017-ci ildə başlanan restavrasiya işləri büdcəyə 175 milyon Misir funtuna (10 milyon dollardan çox) başa gəldiyindən uzanıb və yalnız bu il sona çatdırılıb.

Antik dövrlər Ali Şurasının muzey sektorunun müdiri Muamin Usmanın jurnalistlərə verdiyi məlumata görə, mütəxəssislər qarşısında duran vəzifə bu abidəni ilkin formada saxlamaqdır.

M.Usman həmçinin bildirib ki, abidənin orijinal görünüşünün bərpa edilməsi köhnə fotoşəkillərə və xəritələrə, habelə planlara əsasən aparılıb. “Görülən işin çətinliyi də elə məhz bunda idi”, - deyə o, əlavə edib.