Dünya
21 may 2024
0
Putin Rəisinin dəfninə görə İrana gedəcək - İDDİA
Rusiya prezidenti Vladimir Putinin İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana gedəcəyi barədə məlumat yayılıb.
“Globe Eye News” çərşənbə axşamı özünün X hesabında yazıb ki, Putin ciddi təhlükəsizlik tədbirlərinin müşayiəti ilə İrana səfər edəcək.
"O, İran prezidenti Rəisinin dəfn mərasimində iştirak edəcək", - mənbə əlavə edib.
Bazar ertəsi Vladimir Putin İran prezidenti Rəisinin ölümü ilə bağlı İrana başsağlığı verib və onu Rusiyanın dostu adlandırıb.
Qeyd edək ki, bu gün – mayın 21-də Təbrizdə helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə vida mərasimi keçirilir.
Təbrizdən sonra həlak olanların cənazələri paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək.
İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar olublar.
Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.
Daha çox xəbər:
Rəisinin dəfn tarixi və yeri açıqlandı
Gündəm / Dünyaİran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNİB
Gündəm / DünyaPutin İrana getdi
Gündəm / Dünyaİlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib
Gündəm / SiyasətAzərbaycan nümayəndə heyəti İrana gedib
Siyasət