Dünya
05 iyun 2024
0

Paşinyan növbəti dəfə lağlağı obyekti OLDU


Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə lağlağı obyektinə çevrilib.

Nikol Paşinyanın sosial şəbəkədə onunla velosiped sürməyi təklif etməsi insanlarda istehza doğurub.

Paşinyan səhər tezdən velosiped sürmək üçün o, dörd şərt irəli sürüb:

“Tez-tez demirəm, amma vaxtaşırı bunları edirəm. Kim qatılmaq istəsə, məmnuniyyətlə təşkil edəcəm. Amma qoşulmaq üçün dörd şərt var: birinci - velosipedə sahib olmaq, ikinci - marşruta mən qərar verirəm, bu addımı üçüncü - siyasiləşdirməmək, dördüncü saat 7-də geri qayıtmaq, çünki iş günü başlayır”.

“Əgər qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi və velosipedlə şəklinizi [email protected] ünvanına göndərin”, - Paşinyan Facebook-da yazıb.

Baş nazirin vətəndaşlara yönəlik bu çağırışı əleyhdarlarının əlinə yeni fürsət verib və onlar dərhal Paşinyanı tənqi atəşinə tutmağa başlayıblar.