Dünya
10 iyul 2020
46

Avstraliya hökuməti ölkəyə qayıtmaq istəyən vətəndaşların sayını məhdudlaşdıracaq

Avstraliya hökuməti ölkəyə qayıtmaq istəyən vətəndaşların sayını məhdudlaşdıracaq


Milliinfo.az


Avstraliya hökuməti yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün ölkəyə qayıtmaq istəyən vətəndaşların sayını ikiqat məhdudlaşdıracaq.



AZƏRTAC Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, bunu iyulun 10-da Baş Nazir Skott Morrison bəyan edib. O bildirib ki, Avstraliyaya hər həftə qayıtmasına icazə verilən ölkə vətəndaşlarının və burada daimi yaşayanların ümumi sayı gələn həftədən başlayaraq 4 min nəfərədək azaldılacaq.

Qeyd olunur ki, iyulun 10-da ölkənin ikinci böyük şəhəri olan Melburnun yerləşdiyi Viktoriya ştatında 288 yoluxma halı qeydə alınıb.

Avstraliya mart ayından başlayaraq, yalnız vətəndaşlara və burada daimi yaşayanlara ölkəyə gəlməyə icazə verir. Onlar hökumət tərəfindən xərcləri ödənilən oteldə 14 gün karantin rejimində qalmalıdırlar.

S.Morrison, həmçinin bildirib ki, iyulun 13-dən etibarən ölkəyə qayıdanlar karantin xərclərini özləri ödəməli olacaqlar.