Dünya
10 sentyabr 2024
0
Onlar Paşinyanın Göyçədəki iqamətgahında toplaşdı - Foto
Ermənistan parlamentinin hakim Mülki Müqavilə Partiyasının üzvləri Baş nazir Nikol Paşinyanın Göyçədəki iqamətgahında toplaşıblar.
Bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr iddia edir ki, “Paşinyan ailəsinə çox xərc düşməməsi üçün” qonaqlar hərəsi 25 min dram (təxminən 107 manat) xərcləyib.
Məlumata görə, budəfəki toplantı əvvəlkilərdən fərqlənib. Belə ki, hansısa ciddi danışıqlar olmayıb, yalnız əyləncə formatında keçib. Tədbirə DJ dəvət olunub, partiya üzvləri rəqs edib, əyləniblər.
Paşinyan qonaqlara otaqları, hamam-tualeti, manqal sahəsini və digər hissələri göstərib.
Daha sonra Ermənistan baş naziri partiya üzvlərini qayıqla Sevan (Göyçə gölü – red.) səyahətinə çıxarıb.
“Hraparak” yazır ki, Paşinyan bununla ölkədə keşiş Baqrat Qalstanyanın etirazlarının gözlənildiyi vaxtda “hər şey qaydasındadır, narahat olmağa heç bir əsas yoxdur” mesajını verib.(Globalinfo)
Daha çox xəbər:
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
SiyasətPaşinyan qapalı iclas keçirdi - Göstərişlər verdi
Gündəm / DünyaPaşinyanı devirmək planı AKTİVLƏŞDİRİLDİ – Ermənistan yenidən xaosa SÜRÜKLƏNİR?
Gündəm / Siyasət"Paşinyan Gümrüyə gizli səfər edib" - Erməni KİV
Gündəm / DünyaPaşinyan Sankt-Peterburqda: Putinin ona çətin sualları var
Gündəm / Dünya