Dünya
01 avqust 2020
65
Gürcüstan prezidenti ölkənin müsəlman vətəndaşlarını təbrik edib
Milliinfo.az
Gürcüstan prezidenti Salome Zurabişvili bu ölkədə yaşayan müsəlmanlara Qurban bayramı münasibəti ilə təbrik mesajı ünvanlayıb.APA-nın yerli bürosu xəbər verir ki, S.Zurabişvili bu bayramın sülh, ümid və digərlərinin qayğısına qalındığı bir bayram olduğunu qeyd edib.
Bildirib ki, pandemiya səbəbi ilə yaranmış hazırkı çətin şəraitdə digərlərinə də dəstək olmaq olduqca vacibdir.
"Ona görə də Qurban bayramının mənəvi ab-havası bizim gündəlik həyatımızın zəruri hissəsi olmalıdır. Baxmayaraq ki, bu böyük bayramı bu il qeyd edə bilmirik, mən öz müsəlman vətəndaşlarımızı Qurban bayramı münasibəti ilə təbrik edirəm. Onlara sülh, birlik və ən vacibi sağlamlıq arzu edirəm", - deyə prezident bildirib.
Daha çox xəbər:
Bu il Azərbaycanda Qurban bayramı namazı qılınmayacaq
Cəmiyyətİranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
DünyaIranın xarci işlər naziri 28 - may günü münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanladı
Siyasət / DünyaPrezident İlham Əliyev israilli həmkarını təbrik edib
SiyasətAzad Rəhimov jurnalistləri təbrik etdi
Gündəm