Dünya / Səhiyyə
09 avqust 2020
61

Bu 8 əlamətə DİOQƏT: Xərçəngi erkən mərhələdə aşkar etmək olar

Bu 8 əlamətə DİOQƏT: Xərçəngi erkən mərhələdə aşkar etmək olar

Milliinfo.az

Dünyada getdikcə daha çox yayılmaqda olan onkoloji xəstəlikləri erkən mərhələdə müəyyən etmək mümkündür. Mütəxəssislər bununla bağlı vaxtaşırı profilaktik müayinələrin aparılmasını, xüsusilə risk qrupuna daxil olanların, eləcə də ailə üzvlərində xərçəng aşkarlanmış şəxslərin daha diqqətli olmalarını tövsiyə edirlər.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Arkadi Vertkin isə xərçəngin ilkin əlamətlərini, onkoloji problemin siqnalı hesab olunan səkkiz əlaməti sadalayıb:

1. Sidiyə çıxma və defekasiya ritmlərinin dəyişməsi

2. Sağalmayan xoraların aşkarlanması

3. Qeyri-adi qanaxma və ya qan ləkələrin görünməsi

4. Hər hansı orqanın qalınlaşması (morfoloji)

5. Həzmin pozulması, udma ilə bağlı problemlər

6. Xalların zahiri görünüşünün dəyişməsi

7. Güclü və uzunmüddətli öskürək

8. Səsin xırıtılı olması (kallaşması)

O, bu əlamətlərdən biri varsa, həkimə müraciət etməyi məsləhət görür. Mütəxəssisin sözlərinə görə, orqanizmə diqqətli yanaşıb, əlamətləri müəyyən etməklə xərçəngi erkən mərhələlərdə aşkar etmək olar. Professor onu da qeyd edib ki, ölüm sayına görə onkoloji xəstəliklər dünyada ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutur.