Dünya
05 sentyabr 2020
24
AEBA: İran zənginləşdirilmiş uran ehtiyatlarını on dəfə artırıb
Milliinfo.az
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İrandakı mübahisəli obyektlərdən birini ziyarət edərək respublikadakı zənginləşdirilmiş uran ehtiyatlarının razılaşdırılmış həcmdən on dəfə artıq olduğunu bildirib.APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayıb.
AEBA-nın hesabatına görə, İranın zənginləşdirilmiş uran ehtiyatları 534 kiloqram artaraq, 21054 kiloqrama çatıb ki, bu da 2015-ci ildə razılaşdırılmış həcmdən on qat çoxdur.
Müfəttişlərinin sentyabr ayında İranın ikinci ərazisini ziyarət edəcəyi qeyd olunur.
Tehran və AEBA-nın birgə bəyanatında bildirilib ki, intensiv ikitərəfli məsləhətləşmələrin ardından tərəflər bu mövzuda “xoş niyyət ruhunda” bir razılığa gəliblər.
Qeyd edək ki, AEBA-nın Baş direktoru Rafael Qrossi bazar ertəsi Tehrana ilk səfərinə gəlib və burada vitse-prezident, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi, həmçinin, Məhəmməd Cavad Zəriflə görüşlər keçirib.
Daha çox xəbər:
Məhəmməd Cavad Zərif: "Azərbaycan İran üçün əhəmiyyəti dövlətdir"
Gündəm / DünyaƏrəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı
DünyaAzərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
Cəmiyyətİrana qarşı silah sanksiyaları uzadılarsa qəti cavab veriləcək
Siyasət / DünyaZərif: Şərtlər imkan verəcəyi təqdirdə, Azərbaycan, İran və Rusiya samiti keçiriləcək
Siyasət / Dünya