Dünya
18 oktyabr 2020
38
Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı
Milliinfo.az
ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makronu səhvən baş nazir adlandırıb.Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib.
"Bəs siz bilirsiniz ki, mən hələ dayandım? İqlim üzrə Paris razılaşması", - Tramp deyib. "Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb.
Qeyd edək ki, hazırda Fransanın baş naziri Jan Kasteksdir. Onu bu vəzifəyə 2020-ci ilin iyulunda Makron özü təyin edib. Prezident-parlament respublikası olan Fransada hökumətin rəhbərini məhz dövlət başçısı təyin edir.

Daha çox xəbər:

Fransanın yeni Baş Naziri bəlli oldu
İqtisadiyyat
ABŞ prezidentinin qardaşı Robert Tramp vəfat etdi
Hadisə / Dünya
Donald Tramp: Seçkilər qətiyyən təxirə salınmayacaq
Siyasət / Dünya
Tramp ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmağı düşünür
Siyasət / Dünya
Tramp ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyir
Dünya