Dünya
26 avqust 2021
31
ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırdı
Payız ayları pandemiyaya hazırlıq məsələsində son dərəcə əhəmiyyətli olacaq.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinq zamanı bildirib. ÜST canlı yayımı tvitter üzərindən aparıb.
“Növbəti üç ay gələcək pandemiyaya hazırlığın təmin edilməsi və buna reaksiya tədbirlərinin təşkili üçün kritik bir dövr olacaq”, - ÜST rəhbəri bəyan edib.
Qebreyesus, həmçinin əlavə edib ki, dünyada koronavirusa gündəlik yoluxma və ölüm sayı ilə bağlı vəziyyət sabitləşib. “Lakin bu sabitlik çox yüksək səviyyədədir — 4,5 milyondan çox xəstələnmə halı və 68 000 ölüm”, - o deyib.
Daha çox xəbər:
ÜST rəhbəri: “Tarixin ən həssas anını yaşayırıq”
Gündəm / CəmiyyətÜST: Dünyada son gündə koronavirusa 203 min yoluxma aşkarlandı
Dünya / SəhiyyəVaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır - ÜST
SəhiyyəÜST rəhbərindən koronavirusla bağlı dünyanı alt-üst edən AÇIQLAMA
Siyasət / Dünyaİsti günlərdə koronavirusa yoluxmanın olmayacağı ilə bağlı sübut yoxdur - ÜST rəsmisi
Cəmiyyət / Sosial