Dünya
26 avqust 2021
33

Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılmasından DANIŞDI

Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılmasından DANIŞDI

Əfqanıstandan türk qoşunlarının çıxarılmasını qısa bir zamanda başa çatdırmağı hədəfləyirik.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə hərbçiləri Əfqanıstandakı vəzifələrini uğurla yerinə yetiriblər:

"Hava limanında həddən artıq sıxlığa və çətin şərtlərə baxmayaraq, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti öz vəzifəsini fasiləsiz yerinə yetirir. İşimizə verdikləri dəstəyə görə dost və qardaş ölkələrə təşəkkür edirik. Təxliyə planlarımız Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla əlaqəli olaraq davam edir".

Xatırladaq ki, ötən gün Türkiyə Milli Müdafiə Nazirliyə türkiyəli hərbçilərin 36 saat ərzində Əfqanıstandan çıxarılacağını elan etmişdi.