Dünya
15 sentyabr 2021
28
Paşinyan hakimiyyəti deputatlara qarşı
Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun, “Ermənistan” fraksiyasını zərərsizləşdirməyə çalışır.
Bunu öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yazıb.
Nəşr bildirir ki, hakimiyyətin əsas məqsədi hazırda həbsdə olan millət vəkillərinin öz mandatlarından imtina etmələrinə və siyasətdən getmələrinə nail olmaqdır.
Mənbənin verdiyi məlumata görə, Ermənistan hakimiyyəti hazırda həbsdə olan sabiq deputat, həkim Armen Çarçyanın zərərsizləşdirilməsinə və onun siyasətdən sıxışdırılmasına başlayıb. Qeyd olunur ki, A.Çarçyanın vəziyyəti çox ağır olaraq qiymətləndirilsə də, o, hələ də həbsdə saxlanılır.
Ermənistan rəhbərliyinə yaxın olan bir mənbə bildirib ki, hakimiyyət bu yaxınlarda Çarçyanı siyasətdən getməyə razı salmaq üçün yanına bir nəfər göndərib. Göndərilən şəxs isə qondarma rejimin “Təhlükəsizlik Şurası”nın “katib”i Vitaliy Balasanyan olub.
Bildirilir ki, Balasanyan Çarçyanı deputat mandatından imtina etməyə və tibb ilə məşğul olmağa çağırıb. Balasanyan qeyd edib ki, Çarçyan siyasətdən getməyə razı olduğu təqdirdə hakimiyyət ona qarşı başladılan cinayət işini unudacaq. Buna baxmayaraq, Çarçyan bu təkliflə razılaşmayıb.
Qəzet, həmçinin qeyd edir ki, məsələni araşdırmaq üçün Vitaliy Balasanyan və Çerçyanın vəkili Erik Aleksanyan ilə əlaqə saxlamaq mümkün olmayıb.

Daha çox xəbər:

Paşinyan Ermənistanı BUXOVLAYIR... - GƏLİŞMƏ
Gündəm / Cəmiyyət
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 16 əməkdaşı koronavirusa yoluxdu
Dünya
Koçaryan və Sarkisyan qatilliyin, cəlladlığın, vandalizmin əsasnaməsini yazanlardır - Deputat
Siyasət
Həbsdə olan icra başçısının yerinə TƏYİNAT - SƏRƏNCAM
Gündəm / Siyasət
DGK sədri ÜGT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət edib
Siyasət / Dünya