Dünya
15 noyabr 2021
26

"Azərbaycan bütün strateji yüksəkliklərdə mövqe tutub" - Erməni deputat

"Azərbaycan bütün strateji yüksəkliklərdə mövqe tutub" - Erməni deputat

"Azərbaycan açıq şəkildə bəyan edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası baxımından onun prioritetləri var və bu məsələlərin həllində lazımi hesab etdiyi kimi hərəkət etmək hüququnu özündə saxlayır".

Bunu Ermənistanın "Mənim şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan yazıb.

"Müharibədən sonrakı vəziyyətdə Azərbaycan özünün minimal problemini həll etdi - demək olar ki, bütün strateji yüksəkliklərdə mövqe tutdu, təşəbbüs göstərdi, hazırda Ermənistanla güc dili ilə danışmağa davam edir.

İndiki şəraitdə Ermənistan hakimiyyəti vəziyyətə uyğun addımlar atmaq, ölkəmizin ərazi bütövlüyünü qorumaq və bərpa etməkdənsə, reallığı gizlətməyə, cəmiyyəti yalan və saxtakarlıqla "qidalandırmağa" daha çox səy göstərir", - deyə T.Abramyan qeyd edib.